`Müharibəyə getməyənlər də veteran vəsiqəsi alıb` - Deputat

14-10-2016, 14:59           

“Azərbaycanda hərc-mərclik dövründə xeyli adama veteran vəsiqəsi verilib. Amma haqqı olanlar bu vəsiqəni ala bilməyib”.

AzVision.az xəbər verir ki, bu sözləri Milli Məclisin bu gün keçirilən plenar iclasında Dini qurumlar və İctimai birliklər komitəsinin sədri Siyavuş Novruzov deyib.

Komitə sədri bildirib ki, onlara bununla bağlı xeyli müraciət daxil olub: “Elə şəxslər var ki, qəhrəmancasına döyüşüb, amma bu gün də veteran vəsiqəsi ala bilməyib. Müharibədə heç bir rolu olmayanlar isə veteran vəsiqəsi alıb. Yəni, veteran vəsiqəsi paylanılıb. Onların sayı çoxdur. Hesab edirəm ki, bu məsələ müzakirə olunmalı, tədbir görülməlidir. Hər kəs haqqını almalıdır”.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru