Bakıda qonşuların mübahisəsi qanla bitdi

15-10-2016, 08:42           
Bakıda qonşuların mübahisəsi qanla bitdi
Bakının Nəsimi rayonunda bıçaqlanma hadisəsi qeydə alınıb.

Musavat.com-un məlumatına görə, Ağadadaş Qurbanov küçəsi 53 ünvanında qonşular arasında mübahisə düşüb. Mübahisə zamanı sözügedən ünvanda yaşayan 1998-ci təvəllüdlü Mehmanov Mehman Telman oğlu istintaqa hələlik məlum olmayan şəxs tərəfindən bıçaqlanıb.

Yaralı dərhal 1 saylı Şəhər Kliniki Xəstəxanasına çatdırılıb. Xəstəxanadan verilən məlumata görə, o, əməliyyat olunub.

Faktla bağlı hüquq mühafizə orqanları əməkdaşları tərəfindən araşdırma aparılır.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru