Lavrov bizim istədiyimizi deyir, ermənilərin istədiyini edir

15-10-2016, 16:36           
Lavrov bizim istədiyimizi deyir, ermənilərin istədiyini edir
Lavrovun sözü ilə əməli arasında fərq var, Moskva əməldə Ermənistanın istədiyini edir.

Axar.az xəbər verir ki, bu haqda politoloq Elxan Şhinoğlu yazıb. Ekspert Rusiyanın xarici işlər nazirinin Dağlıq Qarabağa dair açıqlamasını şərh edib:

“Lavrov bir tərəfdən deyib ki, Türkiyə Dağlıq Qarabağı nəzərə almadan Ermənistanla sərhədi açsaydı yaxşı olardı, o biri tərəfdən də bunu inkar edən ifadə səsləndirib ki, indiki vəziyyətdə bu, mümkün deyil və münasibətlərin normallaşması münaqişənin həllindən keçir. Elə biz də illərdir bunu deyirik. Lavrov Türkiyənin Dağlıq Qarabağ münaqişəsinin həllində müsbət rol oynaya biləcəyinə də eyham vurub. Bu da bizim ən böyük istəyimizdir.

Bir sözlə, Lavrov ötən gün Türkiyənin və Azərbaycanın eşitmək istədiyi fikirləri dilə gətirib. Ancaq problem ondadır ki, Lavrovun sözü ilə əməli arasında fərq var, Moskva əməldə Ermənistanın istədiyini edir. Ona görə də işğal davam edir”.

Qeyd edək ki, dünən Kollektiv Təhlükəsizlik Müqaviləsi iclasına qatılmaq üçün İrəvana gələn Rusiya Xarici İşlər naziri Sergey Lavrov Türkiyənin Qarabağ konfliktinin həllində pozitiv rol oynaya biləcəyini və bunun Ermənistan-Türkiyə münasibətlərinin normallaşdırılmasına təsir edəcəyini bildirib.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.