Ermənistan Silahlı Qüvvələrinin əsgəri Vaaqn Viravyan növbədə olarkən öldürülüb. "Report" Ermənistan KİV-inə istinadən xəbər verir ki, bu haqda ölkə İstintaq Komitəsinin mətbuat xidməti məlumat yayıb. Hadisə oktyabrın 15-də səhər saatlarında baş verib. Məlumata görə, hadisənin baş verdiyi yerdə araşdırma aparılıb, əsgərin öldürlüdüyü silah aşkar edilib, onun kimə mənsub olduğu müəyyənləşdirilib. Vaaqn Viravyanın əsgər yoldaşı tərəfindən öldürüldüyü ehtimal edilir.