“Garance” qasırğasında 4 nəfər həyatını itirib

2-03-2025, 12:14           
“Garance” qasırğasında 4 nəfər həyatını itirib
Hind okeanının La Reunion adasında “Garance” qasırğası nəticəsində ölənlərin sayı 4 nəfərə çatıb.
İqtisadiyyat.az bu barədə xarici mediaya istinadən xəbər verir.

Məlumata görə, təbiət hadisəsi nəticəsində 160 min ev işıqsız, 310 min ailə susuz qalıb. Eyni zamanda 139 min evin isə interneti kəsilib.

Qasırğaya görə 953 nəfər insan sığınacaqlara yerləşdirilib.

Ada sakinlərinə qasırğa səbəbindən diqqətli olmaları barədə xəbərdarlıq edilib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru