Bakıda evdən külli miqdarda qızıl və dollar apardılar

16-10-2016, 14:10           
Bakıda evdən külli miqdarda qızıl və dollar apardılar
Bakıda evdən külli miqdarda pul və qızıl oğurlanıb.

Lent.az-ın məlumatına görə, Mirzə Fətəli Axundov küçəsində yaşayan 1965-ci il təvəllüdlü Hümbətov Yusif Zülfüqar oğlu polisə müraciət edərək bildirib ki, mənzilindən 24 min dollar və 15 min dollar dəyərində qızıl-zinət əşyaları oğurlanıb.

O bildirib ki, səhərdən axşamadək mənzildə kimsənin olmadığı vaxt mənzilin mətbəxinin pəncərəsi sındırılıb və yataq otağındakı dolabda saxlanılan pul və qızıllar aparılıb.

Əməliyyat-axtarış tədbirləri keçirilir.
teref.az












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru