Türkiyədə yaşayan tanınmış azərbaycanlı jurnalist Mayis Əlizadə vəfat edib. TEREF APA-ya istinadən xəbər verir ki, bu barədə mərhumun oğlu Toğrul Əlizadə məlumat verib. O bildirib ki, atası bu gün səhər saatlarında ürəktutmasından dünyasını dəyişib. Toğrul Əlizadə atasının sabah İstanbulun Yeni Ayazağa məzarlığında dəfn ediləcəyini bildirib.