Biləsuvar sakini ov tüfəngindən açılan atəş nəticəsində öldü

7-03-2025, 08:24           
Biləsuvar sakini ov tüfəngindən açılan atəş nəticəsində öldü
Biləsuvar rayonunda güllə yarası alan kişi ölüb.
Hadisə rayonun Təzəkənd kəndində olub.

Belə ki, 1968-ci il təvəllüdlü İqbal Bəhlul oğlu Bağırov yaşadıqları evin həyətində güllə yarası alıb. Biləsuvar Rayon Mərkəzi Xəstəxanasına çatdırılan yaralının həyatını həkimlər xilas edə bilməyib.

İlkin məlumata görə, onun ov tüfəngindən aldığı güllə yarasından öldüyü ehtimal olunur.

Faktla bağlı araşdırma aparılır.

Ajans.az
Ajans.az












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru