"Storm Shadow" raketləri Ukrayna üçün daha heç bir işə yaramır"
7-03-2025, 11:12
Böyük Britaniyanın "Storm Shadow" raketləri Ukrayna Silahlı Qüvvələri üçün faydasız hala gəlib, çünki onlardan istifadə etməkdən ötrü ABŞ-nin kəşfiyyat məlumatlarından istifadə edilməlidir.
Bu barədə "Daily Mail" nəşri xəbər verir.
ABŞ Prezidenti Donald Trampın qərarı ilə artıq Birləşmiş Ştatlar kəşfiyyat məlumatlarını Ukrayna ilə bölüşmür.
Nəşrin məlumatına əsasən, ABŞ nəinki Ukraynaya Amerikanın kəşfiyyat məlumatlarını göndərməyi dayandırıb, həm də Böyük Britaniyaya onları Kiyevlə bölüşməyi qadağan edib.