Brüsseldə “EuroMillions” lotoreyasında 168 milyon avro udan belçikalı süpürgəçi işləməkdən imtina edib. teref.az oxu.az-a istinadən xəbər verir ki, bu barədə Le Soir nəşri məlumat yayıb. Brüssel sakini bildirib ki, lotoreyada uduş çox gözlənilməz olub: “Mən buna inana bilmirdim. Bileti internet vasitəsi ilə yoxladıqdan sonra qalib gəldiyimə əmin oldum”. Belçikalının həmkarları qeyd ediblər ki, onun işə yenidən qayıdacağına inanmırlar.