Mosulun cənub-şərqində yerləşən qədim Nimrud şəhəri İraq ordusunun nəzarətinə keçib. "Report" "RİA Novosti"yə istinadən xəbər verir ki, Nimrud şəhəri üzərində İraqın dövlət bayrağı qaldırılıb. Məlumata görə, ötən ilin martında terrorçu İŞİD qruplaşması bu şəhəri ələ keçirərək, tarixi abidələri dağıdıb. Qeyd edək ki, 2003-cü ildə ABŞ ordusu İraqa girəndə də bu şəhərə böyük ziya dəymişdi.