Valyutadəyişmə məntəqəsini soymaq istəyən azərbaycanlı saxlanıldı

21-10-2016, 16:27           
 Valyutadəyişmə məntəqəsini soymaq istəyən azərbaycanlı saxlanıldı
Gürcüstanda valyutadəyişmə məntəqəsində soyğun planlaşdıran azərbaycanlı saxlanılıb.

Virtualaz.org bildirirki bu barədə Gürcüstan DİN-i məlumat yayıb.

Məlum olub ki, ittiham olunan şəxs Azərbaycandan gedərək Rustavidə mehmanxalardan birində qalıb və Batumidə yerləşən valyutadəyişmə məntəqələrindən birinə hücum planlaşdırıb.

Axtarış zamanı şübhəlinin üzərindən EKOL markalı tapança aşkar edilərək götürülüb. İttiham olunan şəxs cinayəti etiraf edib. Haqqında cinayət işi açılıb. Onu 5 ildən 7 ilə kimi həbs gözləyir.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.