CNN: İŞİD silahlıları Mosulda 284 nəfəri edam edib

22-10-2016, 09:23           

İraqın Mosul şəhəri ətrafında İŞİD terror qruplaşmasının silahlıları 284 nəfəri edam edib.

APA-nın xəbərinə görə, bu barədə CNN telekanalı İraq təhlükəsizlik xidmətlərindəki mənbəyə istinadən məlumat verib.

Məlumata əsasən, öldürülənlərin əksəriyyəti kişilərdir. Edam edilənlər arasında uşaqlar da olub. Silahlılar insanları güllələyərək qətlə yetirib, meyitləri buldozerlə ümumi məzara atıblar.

CNN-in xəbərinə əsasən, məlumat hələ ki rəsmi təsdiqini tapmayıb.

Qeyd edək ki, oktyabrın 17-də Mosulun terrorçulardan azad edilməsi uğrunda əməliyyat başlayıb.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.