Əsas kapitala 10 milyard vəsait yönəldilib- Statistika Komitəsi

22-10-2016, 09:46           

Bu ilin yanvar-sentyabr aylarında əsas kapitala 10 milyard 268,7 milyon manat məbləğində vəsait yönəldilib.
Dövlət Statistika Komitəsindən Gununsesi.info-ya bildirilib ki, istifadə olunmuş vəsaitin 8 milyard 236,9 milyon manatı və ya 80,2 faizi məhsul istehsalı obyektlərinin, 1 milyard 591,5 milyon manatı (15,5 faizi) xidmət sahələri üzrə obyektlərin, 440,3 milyon manatı (4,3 faizi) isə ümumi sahəsi 1 milyon 205,5 min kvadratmetr olan yaşayış evlərinin tikintisinə sərf olunub.
Əsas kapitala yönəldilmiş vəsaitlərin 4 milyard 17,6 milyon manatını və ya 39,1 faizini daxili vəsaitlər təşkil edib.
Əsas kapitala yönəldilmiş vəsaitin 7 milyard 313 milyon manatı və ya 71,2 faizi bilavasitə tikinti-quraşdırma işlərinin yerinə yetirilməsinə sərf olunub.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru