Azərbaycan əhalisinin gəlirləri artıb

22-10-2016, 13:23           
Azərbaycan əhalisinin gəlirləri artıb
2016-cı ilin yanvar-sentyabr aylarında ölkə əhalisinin hər nəfərə düşən gəlirləri əvvəlki ilin eyni dövrü ilə müqayisədə nominal ifadədə 7,4 faiz artaraq 3403,6 manat və ya ayda orta hesabla 378,2 manat təşkil edib.

Trend-in Dövlət Statistika Komitəsinə istinadən verdiyi məlumata görə, bu dövrdə əhali tərəfindən əldə edilmiş 32762,5 milyon manatlıq gəlirin 78,6 faizi son istehlak xərclərinə, 9,2 faizi vergilərin, sığorta və üzvlük haqlarının, 2,6 faizi kreditlər üzrə faizlərin ödənilməsinə sərf edilib, 9,6 faizi isə yığıma yönəldilib.

Bütün icbari və könüllü haqlar ödənildikdən sonra əhalinin sərəncamında 29735,4 milyon manat və ya əhalinin hər nəfərinə orta hesabla 3089,1 manat vəsait qalıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru