Pakistanda güclü partlayış: 7 ölü, 16 yaralı

29-04-2025, 00:13           
Pakistanda güclü partlayış: 7 ölü, 16 yaralı
Aprelin 28-də Pakistanın Vana bölgəsində baş verən partlayış nəticəsində 7 nəfər həlak olub.

Bu barədə “Mehr” agentliyi bildirib.

Qeyd olunur ki, bomba partlayışı nəticəsində 16 nəfər yaralanıb.

Məlumatlara görə, partlayışın hədəfi sülh komitəsinin üzvləri olub.

Hadisə ilə bağlı əlavə təfərrüatlar açıqlanmayıb. Araşdırmalar davam edir.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.