Hindistan hərbçiləri sərhəddə pakistanlını güllələdi

25-05-2025, 12:54           
Hindistan hərbçiləri sərhəddə pakistanlını güllələdi
Hindistan sərhədçiləri pakistanlını sərhəddə güllələyiblər.
Bakupost.az xəbər verir ki, bu barədə AFP agentliyi Hindistan sərhəd təhlükəsizlik qüvvələrinin bəyanatına istinadən məlumat yayıb.
Bildirilib ki, pakistanlı sərhədi “qanunsuz keçməyə cəhd etdiyi üçün” güllələnib:
“Qucarat əyalətindəki sərhədçilər ötən axşam sərhəd hasarına doğru hərəkət edən "şübhəli bir şəxsi" görüblər. Sərhədçilərin iddiasına görə, kişi dayanmaq tələblərinə məhəl qoymayıb və qaçmağa davam edib, bundan sonra o güllələnib”.
Qeyd edək ki, Hindistan və Pakistan arasında 22 apreldə vəziyyət gətginləşib, 10 mayda isə ABŞ, Türkiyə və Səudiyyə Ərəbistanının vasitəçiliyi ilə atəşkəs əldə edilib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru