21 yaşlı ana 5 günlük uşağı ilə doğum evindən çıxdıqdan sonra...küçədə qaldı – BAKIDA DƏHŞƏT

6-11-2016, 12:07           

Bakıda 21 yaşlı ana doğum evindən birbaşa qadın sığınacağına gətirilib.

Cebhe.info-ya bu barədə “Təmiz dünya” Birliyindən xəbər verilib.

Məlumata görə, gənc qadın ailəsinin razılığı olmadan dini nikahla ailə qurub. Hamilə olduğu zaman əri onu atıb gedib. Ailəsi isə uşaqla bərabər qızı qəbul etməkdən imtina edib. Gənc ananın qarşısına uşağı uşaq evinə yerləşdirmək barədə şərt qoyulub.

Qadın isə xəstəxanadan çıxdıqdan sonra küçədə qalıb. Küşədən keşən şəxslər onu görərək çıxış yolunu sığınacağa aparmaqda görüb.

Hazırda birlik rəhbərliyi problemin həllinə çalışır.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru