Jurnalist Zabil Müqabiloğlu xəstəxanaya yerləşdirildi –Qida borusunda damar partlayıb

7-11-2016, 21:06           
Jurnalist Zabil Müqabiloğlu xəstəxanaya yerləşdirildi –Qida borusunda damar partlayıb
Bu gün səhər saatlarında tanınmış jurnalist Zabil Müqabiloğlu 1 saylı Şəhər Kliniki Xəstəxanasının ("Semaşko") reanimasiya şöbəsinə yerləşdirilib.

Bu barədə jurnalistin yaxınları məlumat verib.

Strateq.az xəbər verir ki, 1 saylı Şəhər Kliniki Xəstəxanadan Zabil Müqabiloğlunu müalicə edən həkimin Pia.az-a verdiyi məlumata görə, hazırda xəstənin vəziyyəti sabit ağırdır.

Həkimin bildirdiyinə görə, Zabil Müqabiloğlunun qaraciyərləndə bərkimə yarandığı üçün qan dövranında problem yaranıb və xəstənin qida borusunda vena partlayıb. Hazırda qanaxmanın durdurulduğunu bildirən həkim qeyd edib ki, təkrar qanaxma yaranarsa, bu, xəstənin həyatı üçün təhlükəli ola bilər.

Xaitırladaq ki, Zabil Müqabiloğlu uzun illər boyu "Yeni Müsavat” qəzetində redaktor vəzifəsində çalışıb. Son illər isə təsisçisi olduğu "Gunxeber.com” saytına rəhbərlik edib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru