Jurnalist olmaq tənqidi düşmənçiliyə çevirməyə haqq vermir.

8-11-2016, 17:18           
Jurnalist olmaq tənqidi düşmənçiliyə çevirməyə haqq vermir.
teref.az olaraq İsmayıllı rayon icra hakimiyyətinin başçısına qarşı çirkin oyunların getdiyi haqda məlumat vermişdik. Bu oyunların başında vurulmuş natəmiz məmurların olduğu haqda məlumat vermişdik.İndi bu məmurlar bəzi saytalarıda əllərində alət edə\rək öz işlərini davam edirlər.Buna sübut kimi İsmayıllı ziyalılarının bir qrupunun məktubunu sizə təqdim edirik!
“Kend.info” saytı bütün yazıları ilə sübut edir ki, onun təsisçisi və baş redaktorunun əzəli və son məqsədi İsmayıllıya nifaq salmaq, düşmənçilik toxumu səpməkdir. Hər hansı bir müəssisə rəhbərinin, özəl müəssisə və təşkilat sahibinin qəbahətini, nöqsanını qərəzliklə İsmayıllı Rayon İcra Hakimiyyətinin başçısına yönəltməkdir. Sayta görə, kim nə edirsə-etsin, cavabdeh başçıdır.
1500 baş mal üçün Keyvəndi kəndi ərazisində tikintisi nəzərdə tutulan kompleksin inşasına 2010-cu ildə “Azza Aqro” şirkəti tərəfindən başlanılıb. “Kend.info”nun yazdığına görə 2014-cü ilin hesabatında tikintinin davam etdirilməsi deyilib. Bunu yalan adlandıranın özünün varlığı yalandır. Deyilməyib ki, istifadəyə verilib. Deyilib ki, tikintisi davam etdirilir. Yenə də qeyd edirik ki, bu kompleksin sahibi var. 2016-cı ilin 9 ayının sosial-iqtisadi inkişafına həsr olunmuş hesabat iclasında iştirak etmişik və həmin təşkilatın ünvanına deyilən tənqidi eşitmişik. RİH-nin başçısı kənd təsərrüfatı idarəsinin rəisinə də tapşırıb ki,”tikintisi davam etdirilir” ifadəsini işlətməsin: Geriliyi sahibkar və aid mütəxəssislərlə birgə təhlil edib, işin sürətləndirilməsinə xidmət edən tədbirlər görsün.
“Kend.info”dakı 4 noyabr 2016-cı il tarixli yazıya baxdıqda “Oğru elə qışqırdı ki, doğrunun bağrı yarıldı” ifadəsi yada düşür. “Adımı sənə qoyum, səni yana-yana” kəlamı da xatırlanır. Həmin yazıda yenə də rəhbərliyə qarşı kökü, mənbəyi, səbəbi bilinməyən kin, küdurət, qərəz özünü göstərir.
Saytın təsisçisi və baş redaktoru Elçin İsmayıllı 8 noyabr 2016-cı il tarixli yazısı ilə bir daha göstərdi ki, münasibətləri icra başçısına qarşı ailə düşmənçiliyi səviyyəsinə qaldırır. E.Sadıqov 2007-ci ildə torpaq alıb, sonra isə satmayıb, geri qaytarıb. Bütün bunlar barədə sizə sənədlər təqdim olunacaq. “Kend.info”da surəti verilən səndələri satan da bəllidir. Ləğv olunmuş torpaq şöbəsinin müdiri Rövşən Behbudov. Düşmənçilik toxumunu sabiq məmurla indiki “junalist” bir yerdə səpirlər. Təbiidir ki, şərə, böhtana görə də bir yerdə cavab verməli olacaqlar.
Mətləbi uzatmadan bir daha özünə jurnalist deyib, iftira və ittiham yazandan soruşmaq istərdik: rayonda yeganə rəhbər işçi yalnız icra hakimiyyəti başçısıdırmı? RİH-də yeganə məsul şəxs ancaq odurmu?
Tənqid şəxsiqərəzlik mövqeyindən yazılmayıbsa, şəxsi maraqlara əsaslanmırsa, onda nə üçün hər məsələ öz ünvanına yönəldilmir? İstər tərif olsun, istərsə də tənqid.
Jurnalist adına mövcud olan qərəzkar nə vaxtadək əsil düşməni tanımaq istəməyib, onu daxildə axtaracaq?

İsmayıllı rayon ziyalıları
teref.az












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.