Süzan Caginyan Bakıya gəldi

8-11-2016, 20:03           
Süzan Caginyan Bakıya gəldi
rməni jurnalist və ictimai xadim Süzan Caginyan Bakıya gəlib.

Gözlənildiyinə görə, haqqin.az və virtualaz.org-un ştatdankənar əməkdaşı olan Caginyan Bakıda keçirilən "Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi: əsas maneələr və nizamlanma perspektivləri. Ermənistan və Azərbaycandan baxışlar" konfransında iştirak edəcək.

Öncə haqqin.az və virtualaz.org-un ünvanına yazdığı məktubda Süzan Caginyan uzun illər ərzində hüquqlarının pozulduğu Ermənistan vətəndaşlığından imtina etmək istədiyini bildirmişdi.

Azərbaycan nəşrlərinə müraciətindən sonra hakimiyyət yönümlü Ermənistan KİV-də Caginyana qarşı kampaniya başlamış və onu terrorçuluqda ittiham etmişdilər.

* * *14:44

Ermənistan rəhbərliyi “Meridian” qeyri-hökumət təşkilatının sədri, jurnalist Suzanna Caqinyanın Azərbaycanda keçirilən “Ermənistan, Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi: əsas maneələr və nizamlama perspektivləri: Ermənistan və Azərbaycandan baxış” mövzusunda beynəlxalq konfransa iştirakına mane olub.

Bu barədə Milli QHT Forumunun prezidenti Rauf Zeyni bildirib.

Qeyd edib ki, Suzanna Caqinyana qarşı təzyiqlərə baxmayaraq, o, Ermənistanı tərk edərək yaxın saatlarda Bakıda olacaq.

Erməni jurnalist Sarkisyan hakimiyyətinin onlara göstərdiyi təzyiqlər barədə Bakıda mətbuata açıqlama verəcək.(azvision.az)












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.