Pentensiar Xidmətdən Akif Çovdarovun səhhəti barədə AÇIQLAMA

8-11-2016, 20:05           
Pentensiar Xidmətdən Akif Çovdarovun səhhəti barədə AÇIQLAMA
Ədliyyə Nazirliyinin Pentensiar Xidməti ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) Energetika və Nəqliyyat Sahələrinə Nəzarət Baş İdarəsinin həbsdə olan rəisi Akif Çovdarovun səhhətinin pisləşməsilə bağlı vəkilinin irəli sürdüyü iddialara cavab verib.
Penitensiar Xidmətin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polkovnik Mehman Sadıqov Modern.az-a deyib ki, saxlanılan və məhkum olunan şəxslərin səhhəti ilə Pentensiar Ximdət yox, Tibb Baş İdarəsi məşğul olur:

“Orada fəaliyyət göstərən həkimlər Penitensiar Xidmətə tabe deyil. Yaxşı olar ki, onlar Tibb Baş İdarəsinə müraciət etsinlər. İdarənin mütəxəssisləri onların müvəkkili ilə bağlı müalicə tədbirləri həyata keçirsinlər”.

Xatırladaq ki, A.Çovdarovun vəkili Kamandar Nəsibov Modern.az-a açıqlamasında müvəkkilinin səhhətində ciddi problem yarandığını və Penitensiar Xidmət əməkdaşlarının ona lazımi yardım göstərmədiyini iddia edib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru