Bakıda fəhlələr 11-ci mərtəbədə asılı vəziyyətdə qaldılar (XİLAS ANI-VİDEO)

9-11-2016, 01:31           
Bakıda fəhlələr 11-ci mərtəbədə asılı vəziyyətdə qaldılar (XİLAS ANI-VİDEO)
Bakıda çoxmərtəbəli binanın fasadında təmir işləri aparan ustalar 11-ci mərtəbədə köməksiz vəziyyətdə qalıblar. Musavat.com-un məlumatına görə, hadisə Xətai rayonu ərazisində, Xudu Məmmədov küçəsindəki 22 saylı binada baş verib.
Hadisə yerinə FHN-in Xüsusi Riskli Xiıasetmə Xidmətinin xilasediciləri cəlb ediliblər. Məlum olub ki, yaşayış binasında asma troslarla divarboyu hərəkət edən platformada dayanaraq, binanın səthini rəngləyən 1973-cü il təvəlüdlü Əzizov Elşən Hüseyn oğlu və 1975-ci il təvəllüdlü Əhmədov Teypur Bəxtiyar oğlu elektrik enerjisinin kəsilməsi üzündən 11-ci mərtəbə səviyyəsində köməksiz vəziyyətdə qalıblar.
Xilasedicilər binanın 12-ci mərtəbəsindəki mənzildən alpinist ləvazimatları ilə platformadakı hər iki fəhləni xilas ediblər. Fəhlələr 12-ci mərtəbədəki mənzilə qaldırılıblar.
P.S. Videoya diqqətlə baxsanız görərsiniz ki, sallanan fəhlələr təhlükəsizlik dəbilqələri və başqa amnusiyaları yox dərəcəsindədir.













Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru