Los-Ancelesdə partlayış: Şerifin üç müavini həlak oldu Bu gün, 09:09 ABŞ-nin Los-Anceles şəhərində təlim müəssisəsində baş verən partlayış nəticəsində şerifin ən azı üç müavini həlak olub.Oxu.Az xəbər verir ki, bu barədə "X" sosial şəbəkəsində ABŞ baş prokuroru Pam Bondi məlumat verib.Onun sözlərinə görə, hadisənin təfərrüatı ilə bağlı araşdırma aparılır.Hadisə şahidlərinin sözlərinə görə, partlayış asayiş keşikçiləri hərbi sursatları bir yerdən başqa yerə daşıyarkən baş verib. Facebook-da paylaş