Azərbaycanda Bakı Mühəndislik Universiteti yaradılır.
Axar.az xəbər verir ki, Prezident İlham Əliyevin bu gün imzaladığı sərəncama əsasən yaradılacaq universitet Təhsil Nazirliyinin tabeliyində fəaliyyət göstərəcək.
Nazirlər Kabineti iki ay müddətində universitetin yaradılması ilə bağlı tədbirləri həyata keçirəcək.