“Admiral Kuznetsov” gəmisi Suriyaya zərbə endirməyə hazırlaşır

9-11-2016, 11:17           
“Admiral Kuznetsov” gəmisi Suriyaya zərbə endirməyə hazırlaşır
Rusiyanın “Admiral Kuznetsov” gəmisinin təyyarələri yaxın vaxtlarda terrorçuların Suriyanın Hələb şəhəri ətrafındakı mövqelərinin bombalanması prosesinə qoşula bilər.
“Report” xəbər verir ki, bu barədə Müdafiə Nazirliyindəki mənbələrə istinadən bir sıra mətbu orqanları məlumat yayıb.
RİA “Novosti”nin məlumatına görə, eyni zamanda, zərbələr təkcə gəmi aviasiyası ilə deyil, həm də qanadlı “Kalibr” raketləri ilə endirilə bilər.
Hazırda hərbi idarənin rəsmi nümayəndələri terrorçuların mövqelərinə zərbə endiriləcəyinə dair ehtimalı təsdiq etməyiblər.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru