Sensasion açıqlama: “Yasir Ərəfatın qatillərinin adlarını açıqlayacağıq, hər kəs dəhşətə gələcək”

11-11-2016, 09:29           
Sensasion açıqlama: “Yasir Ərəfatın qatillərinin adlarını açıqlayacağıq, hər kəs dəhşətə gələcək”
“Yasir Ərəfatı öldürən qatillərin adlarını yaxında açıqlayacağıq və hər kəs dəhşətə gələcək”.

Avropa.info xəbər verir ki, bunu Fələstin prezidenti Mahmud Abbas keçmiş prezident Yasir Ərəfatın şübhəli ölümünün 12-ci ildönümü ilə bağlı Ramallahda təşkil olunan toplantıda deyib.

“Məndən soruşursunuzsa, qatilin kim olduğunu yaxşı bilirəm. Ancaq mənim sözüm qatilin açıqlanması üçün kifayət deyil. İstintaq komissiyasının bütün detalları müəyyən etməsi lazımdır. Ən yaxın zamanda qatillərin, günahkarların kim olduğunu açıqlayacağıq və hər kəs dəhşətə gələcək”, -deyə Mahmud Abbas çıxışı zamanı qeyd edib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru