Bakıda idman mərkəzində qan töküldü: - 19 yaşlı gənci bıçaqladılar

12-11-2016, 12:57           
Bakıda idman mərkəzində qan töküldü: - 19 yaşlı gənci bıçaqladılar
Bakıda idman mərkəzində mübahisə edən gənc naməlum şəxs tərəfindən kürəyindən bıçaqlanıb.

Musavat.com xəbər verir ki, Nizami rayonu ərazisindəki “Ruslan-93” idman mərkəzində 19 yaşlı Qurbanov Cəlal Ələsgər oğlu əvvəlcə tanımadığı şəxslə mübahisə edib. Mübahisə dayandıqdan sonra idmanı davam etdirən C.Qurbanov daha sonra bayıra çıxıb. Burda o tanımadığı şəxslə əlbəayaxa dava edib. Nəticədə C.Qurbanov kürəyindən bıçaq xəsarətləri alaraq, 3 saylı Şəhər Klinik Xəstəxanasına çatdırılıb. Onun vəziyyəti orta-ağırdır.

Faktla bağlı Nizami Rayon Polis İdarəsində araşdırma aparılır.

Hadisəni törədən şəxsin axtarışları davam etdirilir. Cəlal Qurvanovu bıçaqlayanın onunla diman zalında mübahisə edən şəxs olub-olmadığı hələlik məlum deyil.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru