İŞİD xlorlu mərmilərə əl atdı –3 ölü, iki yaralı

13-11-2016, 11:38           

İŞİD silahlıları İraqın Səlahəddin əyalətinin Şərqat rayonunu xlorlu mərmilərlə atəşə tutub, nəticədə 3 nəfər ölüb.

APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bu barədə “Əs-Sumariyyə” telekanalı məlumat yayıb.

“İŞİD silahlıları Əl-Hanuka kəndinə zəhərli maddə hesab edilən xlorla doldurulmuş azı 15 mərmi atıblar”, – deyə ordudakı mənbə telekanala bildirib.

“Zərbələr nəticəsində 3 nəfər ölüb, iki nəfər yaralanıb. Onların arasında qadın və uşaq da var, həmçinin kəndə ciddi ziyan dəyib”, – deyə mənbə əlavə edib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru