MDB-də mütəşəkkil cinayətkarlıqla mübarizəgündəmə gəlir

13-11-2016, 11:39           

Noyabrın 15-17-də MDB İcraiyyə Komitəsində Rusiya Federasiyası Hökuməti və Müstəqil Dövlətlər Birliyi arasında qurumun üzvü olan ölkələrin ərazisində mütəşəkkil cinayətkarlıq və digər təhlükəli cinayət növləri ilə mübarizənin əlaqələndirilməsi üzrə Büronun Rusiya Federasiyası ərazisində olması şərtləri barədə Sazişin razılaşdılması üzrə ekspert qrupunun iclası keçiriləcək.

Bu barədə Azərtac-a MDB qərargahının mətbuat xidmətindən məlumat verilib.

Bundan əlavə, ekspertlər MDB ölkələri Daxili İşlər Nazirləri Şurası haqqında Əsasnaməyə, habelə MDB üzvü olan ölkələrin ərazisində mütəşəkkil cinayətkarlıq və digər təhlükəli cinayət növləri ilə mübarizənin əlaqələndirilməsi üzrə Büronun Əsasnaməsinə əlavə və düzəlişlər edilməsi barədə qərar layihələrini müzakirə edəcəklər.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru