Bu gün Beynəlxalq Gözdən Əlillər günüdür

13-11-2016, 14:56           

13 noyabrın dünyada Beynəlxalq Gözdən Əlillər Günü kimi qeyd olunur.

Bu günün Beynəlxalq Gözdən Əlillər günü kimi qeyd olunması Valentin Qayuininin adı ilə bağlıdır. 1745-ci il noyabrın 13-də anadan olan Valentin Qayuin dünyada ilk dəfə öz hesabına gözdən əlillər üçün qabarıq şriftlər yaradıb. 1784-cü ildə isə öz evində görmə qüsuru olan işçilərin emalatxanası adlı məktəb açan Qayuin, ixtira etdiyi şriftlərdən istifadə etməklə onlara təlim keçib.

Azərbaycanda Gözdən Əlillər Cəmiyyəti 2002-ci ildən fəaliyyət göstərir. 1981-ci il iyunun 1-də Korlar Cəmiyyətinin təşəbbüsü ilə həmin cəmiyyətin tabeliyində "Mərkəzi Respublika Korlar Kitabxanası" fəaliyyətə başlayıb. Kitabxananın vəzifəsi I və II qrup gözdən əlillərə kitabxana-informasiya xidməti göstərməkdir. Tam fiziki imkansız olanlara isə səyyar kitabxana xidməti göstərilir.

Qeyd edək ki, Ümumdünya Səhiyyə təşkilatının statistik göstəricilərinə əsasən dünya əhalisinin 160 milyonu gözdən əlildir. Hal-hazırda ölkəmizdə 30 mindən çox görmə qüsurlu şəxs var.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.