"Günaybank"ın mərkəzləşmiş borcu 3 dəfəyə yaxın artıb

14-11-2016, 17:24           
 "Günaybank"ın mərkəzləşmiş borcu 3 dəfəyə yaxın artıb
"Günaybank" ASC-nin Azərbaycan Mərkəzi Bankı (AMB) qarşısında öhdəliyi 2016-cı il oktyabrın 1-nə 19,1 mln. manat təşkil edib.
Bu barədə "Report" bankın maliyyə hesabatına istinadən xəbər verir.
Məlumata görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 2,58 dəfə çoxdur.
Xatırladaq ki, "Günaybank" 1992-ci ildə yaradılıb. Onun nizamnamə kapitalı 64,91 mln. manatdır. Bankın səhmləri 9 fiziki şəxsə məxsusdur.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.