Bakıda məşhur şirkətin ofisindən oğurluq olub. “Report”un xəbərinə görə, Səbail rayonu Bülbül prospektində fəaliyyət göstərən “Tiens” şirkətinin ofisində menecer işləyən Səhrayı Bayramovanın şubası oğurlanıb. O, ofisdə baş vermiş hadisə barədə Səbail Rayon Polis İdarəsinə şikayət ərizəsi ilə müraciət edib. Faktla bağlı araşdırma aparılır.