“Azəriqaz” işçisi qətlə yetirildi

14-11-2016, 20:42           

Ötən gün axşam saatlarında Ağstafa rayonunda qətl hadisəsi baş verib.
Gununsesi.info xəbər verir ki, Bakı şəhər qeydiyyatında olan Ağstafa sakini 33 yaşlı Tural Hacıyev naməlum şəraitdə öldürülüb. Cəsədin üzərində aparılan ekspetrizadan məlum olub ki, cinayəti törədən şəxs mərhumun başına küt alətlə ağır zərbələr vurmaqla qətlə yetirib və hadisə yerindən qaçıb. Məlumata görə qətli 31 yaşlı Samir Əliyev adlı şəxs həyata keçirib. Hazırda faktla bağlı Ağstafa Prokurorluğu tərəfindən cinayət işi açılıb, araşdırma aparılır.
Qeyd edək ki, Tural Hacıyev Ağstafa Qaz İstismar sahəsində sürücü işləyib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru