Buranın insanları 4 ildir ki, yuxudadır- Dünyanın ən qəribə kəndi

15-11-2016, 21:34           
Buranın insanları 4 ildir ki, yuxudadır- Dünyanın ən qəribə kəndi
Qazaxıstanın Kalaçi kəndində yaşayan sakinlərin uğradığı xəstəlik elm adamlarını heyrətləndirir. Bu kəndin sakinləri 4 ildir ki, aşırı yuxu və cinsi istəkdən şikayətlidir. 2012-ci ildə başlanan və 160 insanın həyatına sirayət edən xəstəliyə “yuxu dəliyi” adı verilib.

Rusiya ilə Qazaxıstanın sərhədində yerləşən kənddəki insanlar aşırı yuxu və cinsi istəklərlə bərabər müəyyən vaxtlarda özlərindən də gedirlərmiş.
Kiçik kəndi dünyanın ən qəribə məkanlarından birinə çevirən xəstəliyin səbəbini öyrənmək mümkün olub.

Belə ki, həmin kəndin ərazisində yerləşən və artıq istifadə olunmayan uran mədəni insanların səhhətinə ciddi təsir edirmiş. Bir zamanlar bu ərazidən tikilən mədən artıq neçə ildir ki, insanlar üçün əsl kabusa dönüb.

Moskva və Prqada aparılan tədqiqatlar nəticəsində məlum olub ki, həmin uran mədənindən ayrılan rodon qazı çaylara, içməli sulara qarışıb. Bu sudan istifadə edən yerli əhali isə çox keçmədən acı təsiri hiss edib.
Çox keçmədən sakinlər başqa yerlərə təxliyə edilib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru