"Nikoil Bank" sədrinin sabiq müşaviri: "Haqqımda səsləndirdiyiniz iddialar əsassızdır"

16-11-2016, 20:59           

Aztoday.az-da dərc edilmiş "Nikoil bank"da milyonları kimlər mənimsəyib" başlıqlı məqalədə səsləndirdiyimiz ittihamlara etiraz edilib. Belə ki, məqalədə adı çəkilən Ayxan Rüstəmzadənin hüquqlarını müdafiə edən Yusif Allahverdiyev saytımıza verdiyi açıqlamasında "Nikoil Bank"da keçmiş sədrin hüquq məsələləri üzrə müşaviri işləmiş Ayxan Rüstəmzadə barəsində qeyd etdiyimiz məqamların əsassız olduğunu bildirib.
Onun sözlərinə görə, Ayxan Rüstəmzadə "Nikoil Bank"da sədrinin müşaviri işlədiyi zaman hər-hansı bir maliyyə əməliyyatının həyata keçirilməsində yetkili şəxs olmayıb: "Vəzifəsindən göründüyü kimi, Ayxan Rüstəmzadənin hər-hansı bir əməliyyat aparmaq səlahiyyəti olmamışdır. Onun barəsində yazdığınız iddialar doğru deyil və heç-bir dəlil-sübuta söykənmir. Yazdığınız məqalə Ayxan Rüstəmzadənin işguzar nüfuzuna xələl gətirir. Ona görə, saytınız vasitəsi ilə bu məlumatları təkzib edirik. Gələcəkdə Ayxan Rüstəmzadə ilə bağlı mediada səsləndirilən əsassız iddialarla bağlı hüquq-mühafizə orqanlarına müraciət ediləcək".
Yusif Allahverdiyev tərəfindən bizə təqdim olunmuş sənədlərdə də Ayxan Rüstəmzadənin adı heç bir yerdə çəkilmədiyinin şahidi olduq.
Sözügedən məqaləni Aztoday.az-a istinadən yayan media qurumlarından xahiş edirik ki, Ayxan Rüstəmzadənin nümayəndəsi Yusif Allahverdiyevin açıqlamasını da işıqlandırsınlar.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.