ABŞ-da iri neft və qaz yatağı aşkar olunub

17-11-2016, 09:53           
ABŞ-da iri neft və qaz yatağı aşkar olunub
Onun ehtiyatları 20 mlrd. barel neft və 0,4 trln. kubmetr qaz təşkil edir

ABŞ-ın Texas ştatının qərb hissəsində “Wolfcamp” formasiyalı şits neft yatağı kəşf olunub.

“Report” xəbər verir ki, bu barədə Birləşmiş Ştatların Geoloji Xidməti məlumat yayıb.

Onun ehtiyatları 20 milyard barel neft, 0,4 trilyon kubmetr təbii qaz və 1,6 milyard barel qaz kandensatı həcmində qiymətləndirilir.

“Yeni yataq miqyasına görə 2013-cü ildə Bakken-Tri Forks neft rayonunda aşkar olunandan üç dəfə böyükdür. Bu, Geoloji Xidmətin ehtiyatlarını qiymətləndirdiyi ən böyük şist neft yatağıdır”, – deyə məlumatda bildirilir.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru