Pul dolu seyf oğurlandı

17-11-2016, 18:23           

Bakıda 40 yaşlı qadının evinə basqın edilib.

teref.az-nun "Report"a istinadən xəbərinə görə, hadisə Nəsimi rayonu, Nizami küçəsi ev 118 mənzil 1 ünvanında qeydə alınıb. Belə ki, 40 yaşlı Könül İbrahimovaya məxsus mənzilə naməlum şəxs və ya şəxslər pəncərənin dəmir barmaqlıqlarını qıraraq daxil olublar. Mənzildəki içərisində 8 min manat pul və 20 min manat dəyərində qızıl-zinət əşyası olan dəmir seyf aparılıb.
Faktla bağlı Nəsimi Rayon Polis İdarəsində araşdırma aparılır.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru