Kosmos tarixində rekord: ən yaşlı qadın astronavt kosmosa uçub

18-11-2016, 09:01           
Kosmos tarixində rekord: ən yaşlı qadın astronavt kosmosa uçub
Amerikalı 57 yaşlı astronavt Peqqi Uitson tarixdə kosmosa uçan ən yaşlı qadın olub.
"Report" BBC-yə istinadən xəbər verir ki, o, bu rekordu Baykonur kosmodromundan Beynəlxalq Kosmik Stansiyasına üçüncü uçuşunu etməklə vurub.
İnformasiyaya əsasən, "Soyuz" kosmik aparatı onu, rusiyalı Oleq Novitski və ilk dəfə kosmosa uçan fransalı astronavt Tom Peski Beynəlxalq Kosmik Stansiyaya çatıracaq.
Xəbərə görə, onlar noyabrın 19-da stansiyaya yetişəcəklər. 2017-ci ilin mayınadək heyət stansiyada bir sıra təcrübələr həyata keçirəcək.
Məlumatda bildirilib ki, Piqqi Uitson açıq kosmosda bir gündən artıq qalan ilk amerikalı astronavt olmaqla daha bir rekord imza atacaq. Əvvəlki uçuşlar zamanı o, 6 dəfə açıq kosmosda olub.
Qeyd edək ki, Uitson ABŞ-ın Ayova ştatında doğulub.İlk dəfə 2002-ci ildə kosmosa uçub. 2007-ci ildə isə Beynəlxalq Kosmik Stansiyanın tarixində ekipajın ilk qadın-komandiri olub.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru