“270 min dollarım var ki, qumarda uduzum?”– Sabiq deputatVİDEO

18-11-2016, 12:39           
“270 min dollarım var ki, qumarda uduzum?”– Sabiq deputatVİDEO
Milli Məclisin keçmiş deputatı Fərhad Qəribov kazinoda 270 min dollar uduzması haqda yerli mətbuatda yer alan xəbərlərə münasibət bildirib.

Sabiq millət vəkili Azvision.az-a açıqlamasında barəsində yazılan xəbərlərin doğru olmadığını söyləyib.
“Mənim 270 min dollar qədər pulum var ki, qumarda uduzum? Həmişə necə yalan yazıblarsa, indi də elə yazırlar. Kim nə yazır, özü bilər”.
Fərhad Qəribov ümumiyyətlə kazinoya getmədiyini, 11 gün əvvəl Türkiyədən qayıtdığını deyib.
Qeyd edək ki, ötən gün sosial şəbəkələrdə və bəzi mətbuat orqanlarında keçmiş deputat Fərhad Qəribovun kazinoda qumar oynamasını əks etdirən video paylaşılıb. Video Tiflisdəki kazinolardan birində çəkilib. Keçmiş deputatın 270 min dollar uduzduğu deyilir.













Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru