Ələt-Astara yolunda benzin daşıyan maşın aşdı

18-11-2016, 13:09           
Ələt-Astara yolunda benzin daşıyan maşın aşdı
Lənkəran rayonunun Liman şəhərində yol-nəqliyyat hadisəsi baş verib.

APA-nın xəbərinə görə, Ələt-Astara magistralının Liman şəhərindən keçən hissəsində “Ford” markalı minik avtomobili ilə "ZİL" markalı benzin daşıyan maşınla toqquşub.

Güclü zərbədən "ZİL" markalı maşın aşıb, benzin yola dağılıb.

Hazırda Ələt-Astara magistralı bağlanıb.

Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin əməkdaşları gəlib, yola dağılan yanacağın təmizlənməsi üçün tədbirlər görülür.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru