Daha iki bank valyuta satışını dayandırdı

22-11-2016, 18:35           
Daha iki bank valyuta satışını dayandırdı
Bu gün daha 2 bank valyuta satışını dayandırıb. Bununla da amerika valyutasını satmayan bankların sayı 20-ə çatıb. Bankların dollar satışını azaltması “qara bazar”ı bir qədər də canlandırıb.

Fins.az xəbər verir ki, bu saatlara qədər “qara bazar”da 1 dollar 1,77 manata alınır, 1,7850 manata satılır.

Doğrudur, banklarda rəsmi məzənnə bundan aşağı, yəni 1,7770 manat olsa da, onların əksəriyyəti valyuta satışını dayandırdığına görə, dollar axtaranlar - vətəndaşlar, xüsusilə, iş adamları “qara bazar”a üz tutur.

“Qara bazar”da avro da bahalaşıb. 1 Avropa valyutası 1,91-1,92 manata satılır. Alışı isə 1,88 manatdır.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru