Bakıda ikinci əl avtomobillər bahalaşmağa başladı

22-11-2016, 19:10           
Bakıda ikinci əl avtomobillər bahalaşmağa başladı
Azərbaycanda ikinci əl avtomobil bazarı təşviş içindədir. Belə ki, hazırda ikinci əl avtomobil bazarında alıcı tapılmır.Amma buna baxmayaraq avtomobillər sürətlə bahalaşır. Avtomobil bazarında durğunluq elan saytlarında da hiss olunur. Alsat.az saytının rəhbəri Vaqif Hüseynov fins.az-a bildirib ki, oktyabr ayının 15-dən etibarən avtomobillərin internet üzərindən satışları da demək olar ki dayanıb.

İkinci əl avtomobillər 20-30% bahalaşdı
Sentyabr ayında ikinci əl avtomobil satışlarında nisbi canlanma yaranmışdı. Dolların bahalaşması yenidən vəziyyəti dəyişib. V.Hüseynov bildirir ki, oktyabr ayının ortalarına kimi bir həftədə 1200-1500 avtomobil elanı yerləşdirilirdi. Onun 90 %-i ikinci əl avtomobil modelləri ilə bağlı olurdu. Bir həftədə 200-300 avtomobil satılırdı. İndi bu rəqəm cəmi 5-10 avtomobilə qədər düşüb. Buna baxmayaraq, avtomobillər 20-30% civarında bahalaşıb.Ekspert bildirir ki,adi qaydada satışlar artdığı zaman avtomobillərin qiymətində bahalaşma müşahidə edilir.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.