2 sutka internetsiz qalan vətəndaş necə aldadıldı?

23-11-2016, 08:54           

Abşeron rayonu, Xırdalan şəhəri, "Abşeron Gənclər Şəhərciyi"nin sakini Tural Məmmədov Sputnik-ə müraciət edib.

İki sutkadır, internetsiz qalan vətəndaş müraciətində yazır: "Hər ay 14 manat internet haqqı ödəyirəm — "Global networks" provayderinə. İki sutkadır evimdə internet yoxdur. Dünən "Qlobal"a (012 341-22-22) zəng vurdum, dedilər sizin şəhərcikdəki ATS-də problem var, elektrik kəsilib, bir neçə saata həll olunacaq. Həll olunmadı. Bu gün zəng vurdum Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin 1655 "qaynar xətt"inə. Dedilər ki, bizlik deyil, zəng vur Xırdalan ATS-ə (012 342 21 99). Ora zəng vurdum. Ordan da dedilər ki, "bura niyə yığmısan? Yığ Qlobalı (012 341 21 21 və ya 012 341 22 22). Hər iki nömrəni dəfələrlə yığsam da, zənglərimə cavab verən olmadı. Üstəlik, mobil telefondan yığdığım üçün, hər dəfə balansımdan pul da silindi".












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru