Bakıda əsas küçə və prospektlər buz bağlayıb, sıxlıq yaranıb

23-11-2016, 10:32           
Bakıda əsas küçə və prospektlər buz bağlayıb, sıxlıq yaranıb
Azərbacyanda ötən gecədən başlayaraq və hazırda da müşahidə edilən soyuq şaxtalı hava şəraiti ilə əlaqədar bu gün səhər saatlarından Bakının bəzi küçə və prospektlərində yolun hərəkət hissəsi buz bağlayıb.

Bakı Nəqliyyat Agentliyindən (BNA) "Report"a daxil olan xəbərə görə, hazırda Böyükşor qovşağından 20 Yanvar dairəsi istiqamətində, xüsusən də, Ziya Bünyadov prospektində yerləşən körpülər və tunellərdə nəqliyyat vasitələrinin hərəkətində sıxlıq var.

Yolların buz bağlaması nəticəsində analoji vəziyyət A. M. Şərifzadə küçəsində də müşahidə edilir. Bununla yanaşı, 20 Yanvar dairəsi Tibilisi prospekti şəhər istiqamətində, Yusif Səfərov küçəsi şəhər istiqamətində və Babək prospekti şəhər istiqamətində də avtomobillərin hərəkətində sıxlıq yaranıb.

Hazırda BNA müvafiq dövlət qurumları ilə əlaqəli şəkildə yollarda avtonəqliyyat vasitələrinin intensiv və təhlükəsiz hərəkətinin təmin edilməsi üçün təxirə salınmaz tədbirlər görür.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru