Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, noyabrın 22-də Qaradağ rayonunun Sahil qəsəbəsində yaşayan Şəmsəddin Allahyarov həyətində müvafiq sənədləri olan ov tüfəngi ilə ehtiyatsız davranıb və açılmış atəş nəticəsində sol bilək nahiyəsindən xəsarət alaraq xəstəxanaya yerləşdirilib.