“Sevimli Dad” bağlandı

23-11-2016, 13:44           

"Sevimli Dad” MMC müflis olub.

Fins.az-ın verdiyi məlumata görə, mağazalarda firmanın məhsullarının satışı dayanıb.
Şirkətin xeyli sayda işçisi ixtisar olunub və yanvardan müəssisə tamamilə fəaliyyətini dayandıracaq. Buna səbəb iqtisadi böhranın vurduğu maliyyə zərbəsi, alıcılıq qabiliyyətinin aşağı düşməsi və firmanın aylardır ki zərərlə işləməsi olub.

Məlumatda bildirilir ki, artıq mağazalara “Sevimli Dad”ın məhsulları paylanmır. Yanvarda isə işini dayandıracaq müəssisənin fəaliyyətini bərpa edəcəyi görünmür. Nəticədə yüzlərlə insan işsiz, çörəksiz qalıb.
“Sevimli Dad” MMC kolbasa və delikates ət məmulatları istehsal edən “М&T ltd” firması və süd məhsulları istehsal edən “Milk-Pro” MMC tərəfindən yaradılmış və eyni ticarət nişanı altında ət və süd məhsulları realizə edən mağazalar şəbəkəsidir. Şirkət 1 sentyabr 2002-ci il tarixindən fəaliyyət göstərir.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru