Gülnarə Kərimovanın oğlu: “Anam sağdı”

23-11-2016, 23:10           
Gülnarə Kərimovanın oğlu: “Anam sağdı”
Bir neçə gün əvvəl Özbəkistanın keçmiş prezidenti İslam Kərimovun qızı Gülnarə Kərimovanın ölüm xəbəri yayıldı. Onun noyabrın 5-də zəhərlənərək öldüyü deyilirdi. Özbəkistanın rəsmi dairələri xəbərə aydınlıq gətirməyib.

Adı çoxsaylı korrupsiya qalmaqallarında hallanan Gülnarə Kərimova ev dustağı idi. Son bir neçə ayda isə onun barəsində demək olar heç bir məlumat yox idi.

Gülnarə Kərimovanın oğlu İslam Kərimov BBC-nin özbək xidmətinə müsahibəsində anasının ölüm xəbərini təkzib edib. O, özünün hazırda Londonda olduğunu da bildirib.
azadlıq.info












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru