Bu gün Azərbaycanda daha bir intihar hadisəsi baş verib. teref.az-nun “Qafqazinfo”-ya istinadən verdiyi məlumata görə, Biləsuvar rayonu, Əsgərabad kənd sakini, 1985-ci ildə anadan olmuş Elşən Mühübbət oğlu Nəciyev özünü asıb. Hazırda mərhumun meyiti ekspertizaya göndərilib. Hadisə ilə bağlı cinayət işi qaldırılıb. Gənc oğlanın intihar etməsinin səbəbləri araşdırılır.