İnsan bədənində yeni orqan kəşf edildi - Foto

4-01-2017, 19:05           

İnsanın həzm sistemində gizlənmiş yeni bir orqan kəşf edilib.

Milli.az xəbər verir ki, "bağırsaq kəməri", ya da "mezenter" olaraq adlandırılan orqanın hələ funksiyası və quruluşuyla əlaqədar ətraflı məlumat əldə edilməyib.

Yeni kəşf edilən orqanın əvvəllər insan bədənindəki parçalanmış hüceyrələrin bir yerə yığılması nəticəsində meydana gəldiyi düşünülürdü.

Ancaq Lanset Qastroenterologiya və Hepatologiya jurnalında nəşr olunan məqalədə tədqiqatçılar mezenterin bir parçadan ibarət olan orqan olduğunu açıqlayıblar.

Mezenter qarın pərdəsinin ikiyə qatlanmış, qarın boşluğunu örtən və hər şeyi bir arada saxlayan yeni bir orqan olaraq təyin olunur. Bu yeni orqanla insan orqanlarının ümumi sayı 79-a çatıb.













Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru